Londonda Ukraynaya dəstək yürüşü keçirilib

Londonda Ukraynaya dəstək yürüşü keçirilib

İngiltərənin paytaxtı Londonda on minlərlə insan Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümündə Ukraynaya dəstək yürüşü keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müharibə başlayandan sonra Ukraynadan İngiltərəyə mühacirət edən minlərlə insan yürüşə qatılarkən, nümayişçilər Rusiya səfirliyi önünə qədər yürüş ediblər. Əllərində Ukraynaya dəstək yazılan plakatlar tutan minlərlə insan Rusiya əleyhinə şüarlar səsləndirib və onları müharibəni dayandırmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə