BMT dağıntıların aradan qaldırılması üçün Türkiyeyə dəstək olacaq

BMT dağıntıların aradan qaldırılması üçün Türkiyeyə dəstək olacaq

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən və əsrin fəlakəti adlandırılan zəlzələlərin səbəb olduğu dağıntıların aradan qaldırılması işlərinə dəstək verəcək.

Proqramdan verilən məlumatda Birləşmiş Millətlər Təşkilatının (BMT) 16 fevralda Türkiyəyə 1 milyard dollar təcili yardım edilməsi ilə əlaqədar çağırışı çərçivəsində tələb olunan 113,5 milyon dollarlıq fondun böyük bir hissəsinin dağıntıların aradan qaldırılması üçün istifadə olunacağı ifadə edildi.
SİA-nın əldə etdiyi məlumata görə, BMT İnkişaf Proqramının Türkiyə üzrə nümayəndəsi Louisa Vinton dağıntı sahəsinin Nyu-York şəhərindəki Manhetten adasından böyük olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə