Bosniya Herseqovina rəsmiləri Ərdoğanın dəvətilə Türkiyəyə gəlir

Bosniya Herseqovina rəsmiləri Ərdoğanın dəvətilə Türkiyəyə gəlir

Bosniya Herseqovina Rəyasət Heyətinin üzvləri Türkiyəyə səfər edəcəklər.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, Bosniya Herseqovina Rəyasət Heyətinin sədri xanım Jelyka Tsviyanoviç, Rəyasət Heyətinin bosniyalı üzvü Denis Beciroviç və xorvat üzv Jelyko Komsiçin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 24-də bu ölkəyə rəsmi səfər edəcəkləri bildirilib.

Rəyasət Heyətinin üzvləri səfər çərçivəsində İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə