Bu arada Belarus lideri Aleksandr Lukaşenkodan təklif var. Belə ki, o, Ukrayna məsələsində Çinin mövqeyinə məhəl qoymamağın ciddi nəticələrə gətirib çıxara biləcəyini bəyan edib.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət lideri Çin mətbuatına müsahibəsində bildirib.
Qeyd edək ki, Lukaşenko Çinin beynəlxalq problemlərin həllində rolunu yüksək qiymətləndirib.
Belarus prezidenti bununla bağlı hər hansı bir nümunə göstərməsə də, amma hesab edir ki, bu gün heç bir proses Çinin iştirakı olmadan həll oluna bilməz.
Onu da qeyd edək ki, Lukaşenko da bu ölkənin siyasətini “qlobal” adlandırıb.
“Bilirəm ki, bu gün və ya sabah Si Cinpin Ukraynadakı münaqişə ilə bağlı bəyanat və ya çıxış edəcək. Nəzərə alın ki, bu, Çin siyasəti üçün qeyri-adi addımdır”
Bu deyilənləri Belarus prezidenti bəyan edib və əlavə kimi, Çin hakimiyyətinin son dərəcə seçici və dəqiq olduğunu da xüsusi qeyd edib.
Deməli, onun sözlərinə görə, Çində bu və ya digər hərəkətin istənilən effekti verib-verməyəcəyini həmişə qiymətləndirirlər. Lukaşenko onu da qeyd edib ki, çinlilər istənilən nəticəni proqnozlaşdırmırlarsa, o zaman bu istiqamətdə addımlar atmırlar.
“...Belə ki, əgər Çin öz mövqeyini bu şəkildə, ən yüksək məmur Si Cinpinin ağzından səsləndirmək qərarına gəlsə, bunun ciddi nəticələri olacaq. Əgər Çin liderinin ağzından eşidiləcək bu mesaj ünvanlandığı şəxslər tərəfindən eşidilməzsə, bunun da ciddi nəticələri olacaq”.
Bunu da Lukaşenko bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB