Ukraynaya qarşı müharibədən sonra Rusiyanın necə olacağı barədə, hələ də Qərbdə aydın anlayışa malik deyillər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu jurnalistlərlə görüşdə prezident aparatının rəhbəri Andrey Yermak deyib.
Bu suala heç kimin dəqiq cavabı yoxdur-deyən aparat rəhbəri rəhbəri, Rusiyanı indiki formada tərk etməyin mümkün olmadığını da vurğulayıb.
“Mənim mövqeyim ondan ibarətdir ki, əgər hər şey indi olduğu kimi qalsa, Rusiya təcavüzünün təkrarlanması riski çox yüksəkdir”.
Qeyd edək ki, bunu da Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak deyib.
Bu arada Ukrayna saytlarının yazdığına görə, Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlmək və Qərblə qarşıdurmaya tab gətirmək üçün Çindən dəstəklə yanaşı yardım da almağa çalışır. Pekin də oxşar bəyanatlar verir, lakin onların nə qədər irəli getməyə hazır olduqları hələ aydın deyil.
Britaniya kəşfiyyatı bildirir ki, Putin parlamentdəki çıxışı zamanı Rusiyanın Ukrayna ilə müharibədə vəziyyəti necə dəyişmək niyyətində olduğuna dair heç bir plan səsləndirməyib. Ola bilsin ki, Kreml sadəcə olaraq bunu başa düşmür.
Bu arada ABŞ-ın Rusiyadakı keçmiş səfiri əmindir ki, Putin hələ də hərbi qələbənin mümkünlüyünə inanır.
Kremlin məqsədi Ukrayna xalqını əsarət altına almaqdır?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB