Çin Ukrayna böhranı ilə bağlı mövqeyini açıqlayıb

Çin Ukrayna böhranı ilə bağlı mövqeyini açıqlayıb

Çin Ukrayna məsələsində obyektiv mövqedən çıxış etməkdə davam edir. Bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Vanq Yi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Vanq Yinin sözlərinə görə, Çin hələ də siyasətini qarşılıqlı fayda və qazanc əsasında qurmağı planlaşdırır

Qətiyyətlə müstəqil xarici siyasəti davam edəcəklərini deyən Çin səlahiyyətlisi, Rusiyanın Ukraynadakı böhranı danışıqlar yolu ilə həll etməyə hazır olmasını yüksək qiymətləndirir və hörmət edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rus asaytları yazır.

Qeyd edək ki, fevralın 21-də Moskvaya gələn Vanq Yi. bir gündə həm Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, həm Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşə bilib.

Onu da qeyd edək ki, onun Moskva səfəri Çin lideri Si Cinpinin özünün gəlişi üçün zəmin yarada bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə