Japarov ölkəsinin axtarış-xilasetmə qrupuna təşəkkür edib

Japarov ölkəsinin axtarış-xilasetmə qrupuna təşəkkür edib

Qırğızıstan Prezidenti Sadır Japarov fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyəyə gələn və axtarış-xilasetmə işlərində iştirak edən qrupa təşəkkür edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Prezident Japarov tərəfindən kabinetində qəbul edilən Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeyev Türkiy

də baş verən zəlzələlərdən sonra nazirliyin axtarış-xilasetmə işləri haqqında məlumat verib.

Japarov deyib ki, Türkiyədə baş verən təbii fəlakət dağıdıcı nəticələr verib və qardaş dövlətə böyük ziyan vurub.

Dövlət başçısı "Bu bölüşülən kədər Türkiyə xalqına kömək əlini uzatmaq üçün hər kəsi bir araya gətirdi. Mən xilasetmə qrupunun üzvlərinə peşəkar, yaxşı əlaqələndirilmiş və səmərəli işlərinə görə təşəkkürümü bildirmək istəyirəm" deyib.

Çaparov həmçinin Ajikeyevə axtarış-xilasetmə işlərində iştirak edən şəxslərin mükafatlandırılmasını tapşırıb.

Ajikeyev isə bildirib ki, Fövqəladə Hallar Nazirliyinin tarixində ilk dəfə olaraq xaricdə axtarış-xilasetmə dəstəsi işlərə qoşulub:

"Qırğızıstanın axtarış-xilasetmə qrupu həyatlarını risk altında qoyaraq dağıntılar altında qalanları xilas etməyə çalışıb. Xilasetmə işləri zamanı aralarında uşaqların da olduğu 8 nəfəri xilas etdik, 198 nəfərin cəsədini çıxardıq. 124 nəfərdən ibarət çadır şəhərciyi qurduq".

Kahramanmaraş və Hatayda axtarış-xilasetmə işlərinə qatıldıqlarını bildirən Acıkeyev türk mediasının onların işinə böyük maraq göstərdiyini qeyd edib.

Qırğızıstan axtarış-xilasetmə qrupu dünən (21 fevral 2023) ölkədə mərasimlə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə