Moskva Bakı və İrəvanı birgə fəaliyyəti yenidən başlamağa çağırır
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının yerinə yetirilməsinə nail olmaq üçün Rusiya tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ardıcıl olaraq kömək edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Moskva Bakı və İrəvanı tezliklə birgə fəaliyyəti yenidən başlamağa çağırır. M.Zaxarova bildirib ki, Rusiya Baş nazirlərin müavinlərinin həmsədrliyi ilə kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası üzrə komissiyaların növbəti iclaslarının, XİN rəhbərləri səviyyəsində sülh sazişinin hazırlanmasına dair danışıqların yeni raundlarının təşkilinə kömək etməyə hazırdır.
Rusiya, həmçinin vətəndaş cəmiyyətləri, ekspert dairələri, dini xadimlər və millət vəkilləri səviyyəsində dialoqa yardım göstərmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB