Hataydakı yeraltı təkanlar 400 kilometrdən çox məsafədə hiss edilib

Hataydakı yeraltı təkanlar 400 kilometrdən çox məsafədə hiss edilib

Türkiyənin Hatay şəhərində baş verən 6,4 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların 400 kilometrdən artıq məsafədə - Livan, Suriya, Kipr, Suriya və İsraildə ümumilikdə 30 milyondan çox insanın yaşadığı geniş ərazidə hiss edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə