5 bal gücündə zəlzələ baş verdi

5 bal gücündə zəlzələ baş verdi

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiyanın şimalında 5,0 bal gücündə zəlzələ olduğunu bildirib. SİA-nın xəbərinə görə, bu barədə agentliyin saytında məlumat yerləşdirilib.

Seysmoloqlar əlavə edib ki, təbii fəlakətin episentri əhalisi təxminən 173 min nəfər olan Obihiro şəhərindən 9 km aralıda, 112 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat, sunami təhlükəsi barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə