ABŞ dövlət katibi Türkiyədə zəlzələ zonasını helikopterdən izləyib

ABŞ dövlət katibi Türkiyədə zəlzələ zonasını helikopterdən izləyib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken zəlzələdən zərər çəkmiş Hatay vilayətinə səfər ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, türkiyəli nazir Adanadakı 10-cu “İncirlik” tank bazasının komandanlığına gələn amerikalı həmkarı ilə görüşüb

Daha sonra Çavuşoğlu və Blinken Quru Qoşunları Komandanlığının helikopteri ilə Hatay şəhərinə gediblər. Onlar şəhərdəki dağıntıları helikopterdən izləyiblər.

Xarici işlər nazirlərini ABŞ-ın Ankaradakı səfiri Cef Fleyk müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə