Ankara: Azərbaycan zəlzələdən zərər çəkmiş ərazilərdə xilasetmə işləri ilə qardaşlıq nümunəsi göstərdi.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili işlər naziri Süleyman Soylu bildirib ki, Azərbaycandan olan xilasedicilər Türkiyənin cənub-şərq bölgəsində hər gün qardaşlıq nümunəsi nümayiş etdirirlər.
O, güclü zəlzələlərdən zərər çəkmiş ərazilərdə xilasetmə missiyasına görə Azərbaycan xilasedicilərinə minnətdarlığını bildirib.
Soylu vurğulayıb ki, Qəhrəmanmaraşda (təbii fəlakətdən çox zərər çəkən şəhər) azərbaycanlı xilasedicilərdən qəhrəman kimi danışılır. Soylu xatırladıb ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri çoxlu sayda insanı dağıntılar altından xilas ediblər.
Xatırladaq ki, Türkiyənin cənub-şərqində baş vermiş zəlzələdən sonra Azərbaycan prezidenti İlham Əliyev zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün təcili yardım göstərilməsi barədə göstəriş vermişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB