Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Xoysqen Qərbin Rusiya prezidenti Vladimir Putindən “daha təmkinli” olduğunu deyib.
Xoysqenin fikrincə, Qərb Kiyevi dəstəkləmək üçün müdafiə xərclərini artırmaq da daxil olmaqla, öz “ev tapşırığını” görməlidir.
O, həmçinin Ukrayna lideri Vladimir Zelenskinin video çıxışının onda böyük təəssürat yaratdığını və gələn il prezidentin konfransda şəxsən iştirak edəcəyinə ümid etdiyini bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok bir müddət əvvəl Rusiyanın, belə ki, Putinin 360 dərəcə dönüşünün dünyanı sevindirəcəyini bildirmişdi.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev alman siyasətçinin sözlərinə cavab verərək, Avropanı belə nadan adamların idarə etməsini gülməli adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB