“Putin öz siyasətini 360 dərəcə döndərməlidir...”

“...Ukraynadakı münaqişədə bitərəf qalmaq Rusiyanın tərəfini tutmaq deməkdir”
“Putin öz siyasətini 360 dərəcə döndərməlidir...”

Almaniyanın xarici işlər naziri Annalena Burbok Münhen Təhlükəsizlik Konfransında, yalnız Rusiya prezidenti Vladimir Putinin öz siyasətini 360 dərəcə döndərəcəyi təqdirdə Ukraynanın təhlükəsizliyini təmin etmək mümkün olacağını bildirirb.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, Almaniyanın xarici işlər nazirinə Ukraynada yaxın gələcəkdə sülh və təhlükəsizliyə nail olmağın mümkün olub-olmaması ilə bağlı sual verilib.

Burbok, “...əgər Vladimir Putin mövqeyini 360 dərəcə dəyişməzsə, deməli, yox”, – cavabını verib.

Maraqlıdır ki, almaniyalı nazir insanların dəyişmək qabiliyyətinə inandığını da bildirib.

Qeyd edək ki, Burbok, Almaniyanın münaqişə zonalarına silah göndərməkdən imtina edə bilməyəcəyini deyib. Xanım nazirin təəbirincə, “...Ukraynadakı münaqişədə bitərəf qalmaq Rusiyanın tərəfini tutmaq deməkdir”.

Xatırladaq ki, bir müddət bundan əvvəl Burbok Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı müharibəsi ilə bağlı sözlərinin səhv olduğunu bildirmişdi.

“Səslənən bir atalar sözü var: “Yalnız yaşamayan səhv etməz”.

Bunu da sonradan Burbok bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə