Aİ Ukrayna üçün mərmilərin alınması mexanizmini hazırlayır

Aİ Ukrayna üçün mərmilərin alınması mexanizmini hazırlayır

Avropa İttifaqı (Aİ) Ukrayna silahlı qüvvələri üçün çoxlu sayda 155 mm-lik artilleriya mərmilərinin alınması mexanizmini hazırlayır. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Agentlik bildirir ki, Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə keçiriləcək görüş zamanı bu məsələni müzakirə edəcəklər. Avropa rəsmiləri və diplomatlarının fikrincə, Avropa İttifaqının birgə hərəkət etməsi ayrı-ayrı ölkələrin mərmi almasından daha səmərəli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə