Niderlandın Xarici İşlər Nazirliyi Nazirlər Kabinetinin ölkədə çalışan rus diplomatlarının sayını məhdudlaşdırmaq barədə qərar qəbul etdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Bu barədə xəbəri şənbə günü TASS yayıb.
“Rusiyanın Haaqadakı səfirliyində Hollandiyanın Moskvadakı səfirliyindən daha çox diplomat ola bilməz”. Qeyd edək ki, Niderlandın Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.
Sənəddə qərarla əlaqədar bir sıra rusiyalı diplomatların Hollandiyanı tərk etməli olacağı da göstərilib.
Onu da qeyd edək ki, hələlik onların sayı dəqiq məlum olmasa da, amma iki həftə ərzində onların ölkəni tərk etməli olduqları bildirilir.
Bundan əlavə, Hollandiya fevralın 21-dən etibarən Rusiyanın Amsterdamdakı ticarət nümayəndəliyini də bağlamaq qərarına gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB