Ursula von der Leyendən etiraf

...Demə, Avropa İttifaqı və ABŞ Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiyalar xüsusi hərbi əməliyyatın başlamasına iki ay qalmış - 2021-ci ilin dekabrında start götürməyə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında danışıb.

Onun dediyinə görə, Avripa Birliyi, ABŞ ilə birlikdə hələ 2021-ci ilin dekabrında Rusiyaya qarşı genişmiqyaslı iqtisadi sanksiyalar hazırlamağa başlayıb.

Ursula von der Leyen əlavə edib ki, bütün məhdudlaşdırıcı tədbirləri hazırlayanlar sanksiyaların tətbiq ediləcəyinə ümid edirmişlər.

Belə ki, Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Rusiya Federasiyasını cilovlamaq üçün tədbirlər üzərində işə başlamağın səbəbi əhəmiyyətli olub.

Çünki Amerika kəşfiyyatı rusların Ukraynada silahlı münaqişənin hazırlamağa başladıqları barədə məlumatlı idilər.

“Bir ildən çox əvvəl ABŞ görünməmiş bir işə başladı, kəşfiyyat məlumatlarını ictimai məkanda yerləşdirərək Rusiyanın Ukraynaya hücum hazırladığını bəyan etdi. Biz bunun baş verməyəcəyinə ümid edirdik, amma hazırlaşmağa başladıq”-deyən Avropa Komissiyasının rəhbəri növbəti dəfə Moskvaya təzyiqlərin artırılmasının, sanksiyaların sərtləşdirilməsinin və Kiyevə müxtəlif silahların tədarükünün artırılmasının tərəfdarı olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə