Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, yaralı sayı 105 505 nəfər təşkil edir. Ümumilikdə zəlzələdən 82 min bina zərər çəkib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB