Dünya artıq Ukrayna üçün uzaqmənzilli raketlərin tədarükü ilə bağlı qadağanı artıq aradan qaldırır.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu prezident Vladimir Zelenski axşam videomüraciətində deyib.
“Münhen Təhlükəsizlik Konfransında Ukraynanın əsas mesajı göz qabağındadır: biz bu il Rusiya təcavüzünün iflasını təmin etmək üçün hər şeyi etməliyik. Bu, mümkündür. Bu lazımdır. Amma Ukrayna lazım olan silahları alsa, mümkündür. Buna görə də mənim dekabrda Vaşinqtona səfərimdən bəri diplomatik marafonumuz fasiləsiz davam edir” –deyə dövlət başçısı bildirib.
Ukrayna üçün artıq tank koalisiyasının yaradıldığını bildirən Zelenski, aviasiya koalisiyasının da yaradılmasının vacibliyini deyib.
Onun dediyinə görə, uzun mənzilli raketlərin tədarükü ilə bağlı qadağalar da artıq aradan qaldırılır. Bundan əlavə, Ukrayna artilleriyasının gücləndirilməsində də yeni nailiyyətlər var və dünya qlobal təhlükəsizlik üçün Ukrayna aviasiya koalisiyasının yaradılmasının nə qədər zəruri olduğunu artıq anlamağa başlayır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB