Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39 min 672 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39 min 672 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39 min 672 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə