Rusiya Ukraynada münaqişənin inkişafını sülh sazişlərindən üstün tutdu...
SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron Münhendə təhlükəsizlik konfransında çıxışı zamanı deyib.
Onun fikrincə, bu gün dinc dialoq üçün “vaxt deyil”, çünki ortada münaqişəni davam etdirmək, onu “intensivləşdirmək” yolunu seçmiş Rusiya var.
Eyni zamanda, Fransa lideri vurğulayıb ki, Rusiya tərəfi qalib gəlməməlidir.
Makron həmçinin Ukraynaya dəstəyi artırmağa çağırıb və münaqişənin uzanması ehtimalı barədə xəbərdarlıq edib.
Bu arada “Kommersant” yazır ki, öz növbəsində Almaniya kansleri Olaf Şolz Ukraynaya tankların tədarükü ilə münaqişəni gərginləşdirəcəyinə inanmadığını bildirib.
Onun fikrincə, münaqişəyə son qoymaq şansı Moskvanın Ukraynada öz məqsədlərinə çatmadığı qənaətinə nə qədər tez gəlməsindən asılıdır.
Xatırladaq ki, xüsusi hərbi əməliyyat başlayandan sonra Fransa prezidenti rusiyalı həmkarına zəng edərək sülhün əldə edilməsinə kömək təklifini davam etdirib.
Rusiya özü dəfələrlə bəyan edib ki, Ukrayna və onun Qərb müttəfiqləri dinc dialoqa mane olurlar.
Ukrayna prezidenti Vladimir Zelenski isə rus qoşunlarının Ukrayna sərhədlərinə çıxarılmasını sülhün şərti adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB