Zəlzələlər sığortaçılara 2,4 milyard dollara başa gələ bilər

Zəlzələlər sığortaçılara 2,4 milyard dollara başa gələ bilər

Türkiyədə baş vermiş zəlzələlər sığortaçılara 2,4 milyard dollara başa gələ bilər. SİA xəbər verir ki, bu barədə "Karen Clark & ​​Company" adlı fəlakət modelləşdirmə şirkəti məlumat yayıb.

Şirkətin hesabatında qeyd olunub ki, zəlzələlərin vurduğu ümumi maddi ziyan təxminən 20 milyard dollar ola bilər. Hesabat müəlliflərinin məlumatına görə, zəlzələ 41 mindən çox binanı dağıdıb və ya ciddi şəkildə zədələyib.

Həmçinin bildirilir ki, təbii fəlakət 1939-cu ildə Ərzincan zəlzələsindən sonra Türkiyədə baş vermiş ən böyük miqyaslı hadisədir.

Bütün xəbərlər Facebook səhifəmizdə