Seçkilərə hər zaman hazıram və Serbiya xalqının nə istədiyini istənilən vaxt ölçə bilərik. SİA xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
A.Vuçiç ifrat sağçı serblərin paytaxt Belqradda təşkil etdikləri etiraz aksiyasını şərh edərkən bildirib: “Aksiyalar bəzi siyasi partiyalar tərəfindən dəstəklənir. Onlar nə etdiklərini bilirdilər, hər şey planlaşdırılmışdı. Onların hamısı Serbiya hökumətinə və xalqa qarşı hərəkətlər nümayiş etdirirlər.
Seçkilərə hər zaman hazıram və Serbiya xalqının nə istədiyini istənilən vaxt ölçə bilərik. Bizim bir vətənimiz var və o, Serbiyadır. Əlimizdə olan ölkəni ekstremistlərə verməyəcəyik. Serbiyada sabitliyi pozmaq istəyənlər etirazlarını davam etdirəcəklər. Bizim işimiz isə zülmə qarşı mübarizə aparmaqdır və bunu edəcəyik.
Serbiya xalqının istədiyi və seçdiyi şəxslər bu ölkəni idarə edir. Kosovo serblərinin yanındayıq və Serbiyanı qorumağa davam edəcəyik”.
Serbiya Prezidenti bu həftə Münhenə səfər edəcəyini və Kosovo məsələsi ilə bağlı mühüm danışıqlar aparacağını da qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB