SSRİ-nin dağılması Vorkuta şaxtalarında işləyən ukraynalıların etirazları ilə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
“Əminliklə deyə bilərəm ki, Sovet İttifaqını dağıdan biz ukraynalılar idik”, - Danilov deyib.
Onun sözlərinə görə, 1989-cu il martın 2-də SSRİ-də Vorkutada 170 mədənçinin iştirak etdiyi ilk mədənçilərin tətili olub.
“Deyə bilərəm ki, onlardan 94-ü ukraynalıdır”, - deyə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib.
Tətilçilər təhdid olunmağa başlayanda 58 ukraynalı üz-üzə düşüb və bütün şərtlər yerinə yetirilənə qədər səthə qalxmayıblar.
“Proses məhz bununla başladı ... və çox qısa müddətdən sonra SSRİ çatlamağa başladı”- deyə Danilov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB