Türkiyə prezidenti NATO-nun baş katibini qəbul etdi

Mətbuata qapalı keçirilən görüşdə Y.Stoltenberq R.T.Ərdoğan və Türkiyə xalqına zəlzələnin vurduğu yaraların tezliklə sağalmasını arzulayıb
Türkiyə prezidenti NATO-nun baş katibini qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla 11 rayonda baş verən verən və "Əsrin fəlakəti" adlandırılan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra həmrəylik mesajı vermək üçün paytaxt Ankaraya gələn NATO baş katibini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankaradakı Prezident İqamətgahında qəbul edib.

Mətbuata qapalı keçirilən görüşdə Y.Stoltenberq R.T.Ərdoğan və Türkiyə xalqına zəlzələnin vurduğu yaraların tezliklə sağalmasını arzulayıb.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da NATO-nun baş katibi ilə görüşüb və NATO müttəfiqlərinin zəlzələ qurbanları üçün Hatay və İskenderunda 3000 nəfərlik konteyner evləri inşa edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə