Sabah Putinlə Lukaşenko nədən danışacaq?

Sabah Putinlə Lukaşenko nədən danışacaq?

Bu arada Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşün təfərrüatlarını Belarus prezidenti Aleksandr Lukaşenko açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarus dövlət başçısının mətbuat xidməti yayıb.

Beləliklə, KİV nümayəndələri ilə söhbət zamanı Belarus rəhbəri Rusiya lideri ilə sabah, fevralın 17-də baş tutacaq görüşün bəzi təfərrüatlarını açıqlayıb.

Deməli, Aleksandr Lukaşenkonun bəyan etdiyinə görə, görüş zamanı İttifaq Dövlətinin Ali Dövlət Şurasında baxılacaq iqtisadi, hərbi və siyasi xarakterli məsələlərin müzakirəsi planlaşdırılır.

...Biz təhlükəsizlik və müdafiə məsələlərini müzakirə edəcəyik. Amma ən əsası, biz Ali Dövlət Şurasında müzakirə olunacaq iqtisadi, hərbi, siyasi xarakterli məsələlərdir.

Lukaşenkonun sözlərinə görə, əsas diqqət enerji resursları, idxalın əvəzlənməsi və ümumi bazarların yaradılması ilə bağlı əvvəllər Belarus və Rusiya hökumətləri qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinə yönəldiləcək.

...Görüş isə, deyildiyi kimi, hələ sabah baş tutasıdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə