Yevgeni Priqojin yenidən danışıb. Donetsk Xalq Respublikasındakı Artemovsk (Baxmut) şəhərinin mühasirəsinin mart-aprel aylarında “Vaqner”çilər tərəfindən tam mühasirəsinin mümkünlüyünü bildirib.
Amma bir problem var, belə ki, əgər Qərb ölkələri Ukraynaya ağır zirehli maşınların tədarükünü tezləşdirsələr, hə, onda məsələ bir az qəlizləşir.
SİA-nın əldə etdiyi məlumata görə, “Vaqner” qrupunun "yaradıcısı" Artemovskın (Baxmut) tam mühasirəyə alınması və nəzarəti ələ keçirmə vaxtını dəqiq söyləyə bilməyib.
Təbii ki, hər şey ola bilər.
Ona görə də, Priqojin, məncə, mart-aprel aylarında ola bilər desə də, amma bunu təxmin etməyin də çox çətin olduğunu etiraf edib.
O əlavə edib ki, indi Artemovskdakı (Baxmut) qarşıdurma Ukrayna Silahlı Qüvvələrini əhəmiyyətli dərəcədə sıxışdırır, Buna görə də, komandanlıq şəhəri saxlamaq üçün getdikcə daha çox ehtiyat qüvvələri gətirir.
Qeyd edək ki, bir müddət bundan əvvəl Priqojin Ukrayna prezidenti Vladimir Zelenskini Artemivsk (Baxmut) uğrunda döyüşü davam etdirməyə və Ukrayna Silahlı Qüvvələri bölmələrini oradan çıxarmamağa çağırıb.
O qeyd edib ki, bu döyüş müharibənin əsas hadisəsidir, ona görə də davam etməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB