“Həlak olan rus əsgərlərinin sayını açıqlamayın!”

“Həlak olan rus əsgərlərinin sayını açıqlamayın!”

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı həlak olan hərbçilərin sayını açıqlamamağa çağırıb. SİA-nın əldə etdiyi məlumata görə, onun şərhi Telegram kanalında verilir.

Beləliklə, onun sözlərinə görə, Rusiyanın bəzi regionlarının rəhbərləri itkilər barədə ətraflı məlumat dərc etməklə bu mövzunu “manipulyasiya edirlər”.

Kadırovun fikrincə, əksər rus vətəndaşları könüllü olaraq “bu qəhrəmanlıq yolunu seçirlər”. Məhz elə buna görədir ki, Rusiya hərbi komandanlığı döyüşçülərin həyatını xilas etmək üçün əlindən gələni edir.

“Çeçenlər də əsl oğullarını itirirlər, lakin biz bu barədə hər yerdə danışmaq əvəzinə, ailələrə ehtiyac duyduqları hər şeydə kömək edirik, o cümlədən döyüşçünün ölümü halında 1 milyon rubl və yaralara görə isə 500 000 ödəniş edirik”.

Qeyd edək ki, bunları deyən Kadırov, bir müddət bundan əvvəl Ukraynadakı xüsusi əməliyyatı dünya müharibəsi adlandırmaq cəhdlərini yersiz hesab etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə