Bu arada Qərbin 18 ölkəsi vahid kosmik kəşfiyyat şəbəkəsinin inkişafı ilə bağlı saziş imzalayıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, xəbəri Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.
Rusların yazdığına görə, imzalanmada iştirak edən 18 ölkədən 17-nin NATO üzvü olduğu dəqiqləşib. Bunlar Böyük Britaniya, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Türkiyə və Fransadır.
Qeyd edək ki, onlara hələ alyansın üzvü olmayan İsveç də qoşulub.
İmzalanan sənəd iştirakçı ölkələrin “beynəlxalq əməkdaşlıq” yolu ilə kosmosdan müşahidə prosesini təkmilləşdirəcək texnologiyaların hazırlanması, eləcə də ölkələrin hər birinin kosmik imkanlarından birgə istifadə etmək istəyindən bəhs edir.
Xatırladaq ki, kosmik kəşfiyyat Yerin geostasionar orbitində peyklər və ya radar qurğuları kimi kosmik aktivlərdən istifadə etməklə strateji müşahidə üsuludur.
Yeri gəlmişkən,Böyük Britaniya Müdafiə Nazirliyi onu da bildirib ki, Ukraynaya 240 milyon avro dəyərində hərbi yardımın ilk paketinə döyüş sursatı, kəşfiyyat avadanlıqları, eləcə də artıq Kiyevdə mövcud olan alətlər üçün ehtiyat hissələri daxil olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB