ABŞ prezidentliyinə yeni namizəd

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, keçmiş daimi nümayəndə videomüraciətində “Mən Nikki Heyliyəm və prezidentliyə namizədliyimi bildirirəm”-deyə bildirib.

Qeyd edək ki, vaxtilə Cənubi Karolina ştatının qubernatoru vəzifəsini də icra edən Heyli artıq yeni nəslin vaxtının çatdığını deyib.

Belə görünür ki, Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülən Nikki Heyli keçmiş prezident Donald Trampın rəqibinə çevriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə