“Son bir il ərzində Türkiyə-İsrail münasibətləri həqiqətən yaxşılaşıb”

“Son bir il ərzində Türkiyə-İsrail münasibətləri həqiqətən yaxşılaşıb”

Fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərlə bağlı İsrailin xarici işlər naziri "Bu ötən ən böyük fəlakətlərindən biridir" dedi və həmrəylik mesajı verdi. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İsrailin xarici işlər naziri Eli Kohen paytaxt Ankarada görüşdükdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış ediblər.

Səfərinin məqsədinin zəlzələlərdən sonra İsrailin Türkiyə ilə həmrəyliyini göstərmək və eyni zamanda, ikitərəfli əlaqələri müzakirə etmək olduğunu bildirən E.Kohen deyib: "Son bir il ərzində Türkiyə-İsrail münasibətlər həqiqətən yaxşılaşıb. İsrail hökuməti və xalqı adından baş sağlığı verir, dəstək vədlərimizi çatdırmaq istəririk.

Zəlzələdən zərər çəkən hər kəsə yardıma davam edəcəyik. Bu, ötən əsrin ən böyük fəlakətlərindən biridir.

Humanitar yardımın siyasətlə əlaqəsi yoxdur. Türkiyə və xalqı ilə həmrəyik və bu çətin günlərdə ehtiyacı olanlara köməyimizi davam etdirəcəyik. Əlimizdən gələn bütün yardımı göstərəcəyik. Qarşıda daha artıq işlər və problemlər var və böyükdür."

Bütün xəbərlər Facebook səhifəmizdə