"Müharibə daha açıq müstəviyə qədəm qoyur" -SİYASİ ŞƏRHÇİ DANIŞDI
"Rusiya-Ukrayna müharibəsində vəziyyət gərginləşməkdə davam edir. Bu təhlükəli gedişat gələcək üçün heç də nikbin fikirlər səsləndirməyə əsas vermir. Tərəflər biri-birinə öldürücü zərbələr endirir, böyük itkilər var. Bu günlərdə Ukrayna ordusunun xeyli sayda Rusiya hərbçisini məhv etməsi nəticəsində müharibə daha da alovlanacaq". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Rusiya böyük ehtimalla cavab zərbələri endirəcək: "Xüsusi diqqqət çəkən məqam isə Ukrayna prezidenti Zelenskinin Avropa səfəridir. Ukrayna lideri səfər zamanı Aİ ölkələrinin rəhbərləri ilə görüşdü və sirr deyil ki, müzakirələrin əsas mövzusu Rusiya ilə müharibə idi. Avropa ölkələrinin liderləri Ukraynaya növbəti hərbi və maddi yardımlar etməkdə davam edir və bu dəstək daha da genişlənəcək. Bütün bunlar Rusiyanı daha da qıcıqlandırır və hərbi əməliyyatların miqyası genişlənir. Görünən odur ki, müharibə daha açıq müstəviyə qədəm qoyur, Ukraynanın timsalında Avropa-Rusiya qarşıdurması daha da dərinləşir. Təəssüf ki, gələcək üçün müsbət proqnoz vermək olmur. Proseslər onu göstərir ki, müharibə, qanlı toqquşmalar və faciələr hələ qarşıdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB