Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi Suriyadan Türkiyəyə yeni miqrasiya dalğası ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin “Twitter” hesabında yer alan paylaşımda aşağıdakılar qeyd olunub: “Sosial şəbəkələrdə Suriyadan ölkəmizə yeni miqrasiya dalğasının olması ilə bağlı məsuliyyətsiz şəkildə yayılan yazılar yalan və təxəyyülün məhsuludur. Bu postlara və iddiaçılara güvənilməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB