163 saat sonra 62 yaşlı qadın dağıntılar altından xilas edilib

163 saat sonra 62 yaşlı qadın dağıntılar altından xilas edilib

Türkiyədə zəlzələdən 163 saat sonra 62 yaşlı qadın Qaziantepdə dağıntılar altından xilas edilib. SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, Şırnak Çakırsöğüt Jandarma Komando Briqada Komandirliyi əsgərləri, Zonquldak mədənçiləri və Bursa xilasetmə qrupları 62 yaşlı Nazife Yılmazı Qaziantepdə dağıntılar altından xilas ediblər. Qadın xəstəxanaya aparılıb.

Güclü dağıntılara səbəb olan zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə