Zəlzələlərlə bağlı Türkiyəyə səfər edən ilk dövlət başçısı

Zəlzələlərlə bağlı Türkiyəyə səfər edən ilk dövlət başçısı

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər səbəbilə Türkiyəyə gələn Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sanini qəbul edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

R.T.Ərdoğan və Şeyx Təmim İstanbulda Vahdettin Köşkündə mətbuata qapalı keçirilən ziyafətdə bir araya gəlib.

Qeyd edək ki, fevralın 6-da episentri Kahramanmaraşda olmaqla 10 ətraf rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sani Türkiyəyə səfər edən ilk dövlət başçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə