"Ümidə uzanan əlləri birlikdə tutmağa davam edəcəyik”

"Ümidə uzanan əlləri birlikdə tutmağa davam edəcəyik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı, ölkənin birinci xanımı Əminə Ərdoğan zəlzələnin yaralarının tək ürək olaraq sağalacağını vurğuladı. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

"Ümidə uzanan əlləri birlikdə tutmağa davam edəcəyik. Yardım işlərində əməyi olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm" deyə Əminə Ərdoğan sosial media hesabında Diyarbəkir və Şanlıurfada baş verən zəlzələdən zərər çəkən vətəndaşlarla prezident Ərdoğanın görüşündən fotoları paylaşıb.

Zəlzələ qurbanlarının acılarını paylaşdıqlarını deyən birinci xanım deyib: "İnanıram ki, yaraları tək ürək kimi sağaldacağıq. Ümidlərə uzanan əlləri birlikdə tutmağa davam edəcəyik. Yardım işlərində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm."

Xatırladaq ki, fevralın 6-da mərkəzi Kahramanmaraşda və ətrafındakı 10 rayonda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağıntılar altında qalanların axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə