Kanada üzərində naməlum hava obyekti vurulub

Kanada üzərində naməlum hava obyekti vurulub

Kanadanın baş naziri Castin Trüdo, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının Kanadanın şimal-qərb səmasında naməlum uçan obyekti məhv edən döyüş təyyarələri göndərdiyini bildirib.

SİA Trüdonun sözlərinə istinadən, şənbə günü kiçik, qəribə, silindrik obyekt Kanadanın hava məkanını pozub.

Bununla əlaqədar Kanada və Amerika hərbi təyyarələri havaya qaldırılıb. Kanada baş nazirinin əmri ilə anlaşılmaz obyekt vurulub.

“Mən Kanadanın hava məkanını pozan naməlum obyektin vurulmasını əmr etdim. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı bu obyekti Yukon üzərində vurub. ABŞ və Kanadadan olan təyyarələr havaya qaldırıldı və Amerikanın “F-22” təyyarəsi hədəfi uğurla vurdu”.

Bunu Castin Trüdo bildirib.

İndi Kanada hərbçiləri dəniz üzərində vurulan obyektin qalıqlarını öyrənmək niyyətindədir.

oYeri gəlmişkən byektin məhv edilməsi əməliyyatını həyata keçirməzdən əvvəl, Trüdo ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı aparıb və vəziyyəti müzakirə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə