Qlobal istiləşmə ilə əlaqədar İsveçrənin Vale kantonunda Alp dağlarının yamaclarında tikanlı armud kaktusları böyüyüb. Onlar artıq yerli bitki örtüyünün üçdə birini təşkil edərək biomüxtəlifliyi təhdid edir.
Kaktuslar haqqında hesabat yazmaq üçün kantonun tapşırığı ilə geologiya professoru Peter Baumqartnerin sözlərinə görə, tikanlı armud kaktusları -15 ° C-ə qədər olan temperatura asanlıqla dözür, lakin onun quru yerlərə ehtiyacı var, yəni “qar örtüyünü sevmir”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu da son altı əsrdə görünməmiş bir haldır.
Qeyd edək ki, bunu italiyalı alimlər son araşdırmalarına istinadən iddia edirlər.
İsveçrə Federal Meteorologiya və Klimatologiya İdarəsinin məlumatına görə, 1970-ci ildən bəri 800 metr yüksəklikdəki dağlarda qarlı günlərin sayı iki dəfə azalıb. Bundan əlavə bu ölkədə istiləşmə artıq 2,4°C-yə qədər sürətlənib.
Onu da qeyd edəkki, 18-ci əsrin sonlarından gec olmayaraq Şimali Amerikadan İsveçrəyə gətirilən tikanlı armud indi ölkənin təbii ehtiyatlarına təcavüz edir və onun biomüxtəlifliyini təhlükə altına alır.
Təbii ki, qlobal istiləşmənin nələr “yaradacağı” hələ qabaqdadır?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB