Yanvarın sonunda “Rusiyaya qarşı müharibə” elan edən Almaniyanın xarici işlər naziri Annalena Burbok Berlinin münaqişə tərəfi olduğunu deyil, Qərbin Ukraynaya dəstək birliyini vurğulamaq istəyib.
SİA-nın əldə etdiyi məlumata görə, nazirliyin rəhbəri bu barədə alman nəşri “Tagesspiegel”ə müsahibəsində danışıb.
Xatırladaq ki, həmən vaxt Almaniyanın Rusiya ilə müharibə vəziyyətində olub-olmaması ilə bağlı sualı cavablandıran Burbok, Almaniyanın da digər Avropa İttifaqı ölkələri kimi Kiyevi müdafiə hüququndan istifadə etməkdə dəstəklədiyini demişdi.
Qeyd edək ki, onun bu ifadəsi ilə bağlı aydınlaşdırıcı suala isə nazir “səhv etməyən yaşamır” cavabını vermişdi.
Maraqlıdır ki, “mən xalq üçün siyasət aparmaq istəyirəm”, -deyən Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Burbok, bu dəfə də Rusiyanı bir daha sülh danışıqları aparmaq istəməməkdə ittiham edib və Almaniyanın lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB