Fevralın 6-da Türkiyenin Kahramanmaraş şəhərində baş verən və 10 şəhərdə hiss edilən 7,7 və 7,6 bal gücündəki zəlzələlər nəticəsində dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatları davam edir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Zəlzələdən 116 saat sonra Kahramanmaraşda 8 yaşlı Rıdvan Çakıroğlu xilas edilib. Çakıroğlu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hatayın Antakya rayonunda dağıntılar altında bir qadının sağ olduğu müəyyən edilib.Xilasedicilər tərəfindən keçirilən əməliyyat nəticəsində Hülya Baykal dağıntılar altından çıxarılıb.
Kahramanmaraşda 20 yaşlı gənc və 51 yaşlı bir kişi zəlzələdən 116 saat sonra xilas edilib.
Kahramanmaraşda zəlzələdən 117 saat sonra 34 yaşlı Həsən adlı Suriya vətəndaşı xilas edilərək xəstəxanaya aparılıb.
Hatayda zəlzələdən 119 saat sonra dağıntılar altında qalan uşaq xilas edilib.
Hatayın Akevler rayonunda zəlzələdən 120 saat sonra bir uşaq da dağıntılar altından çıxarılıb.
Kahramanmaraşda zəlzələdən 122 saat sonra 70 yaşlı Menekşe Tabak xilas edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB