Qaziantepdə 4,5 maqnitudada zəlzələ olub

Qaziantepdə 4,5 maqnitudada zəlzələ olub

Türkiyənin Qaziantep əyalətinin Nurdağ rayonunda 4,5 maqnitudada zəlzələ olub.

SİA xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan fevralın 11 yerli vaxtla səhər saat 10.55-də baş verib. Zəlzələnin episenrti rayonun İkizkuyu kəndində, 6,5 km dərinlikdə yerləşib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə