Bu arada Vladimir Zelenskinin ofis rəhbərinin müavini İqor Jovkva sursat çatışmazlığından şikayətlənib?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya bunu Ukrayna rəsmisi fevralın 10-da “Bloomberg” agentliyinə verdiyi müsahibəsində bildirib.
Beləliklə, rus saytları Jovkvanın dilindən ukraynalıların sursat sarıdan “nolda” olduqlarını yazırlar.
Qeyd edək ki, ukraynalı rəsmi sursatlarının azlığını hazırda döyüşlərin yüksək intensivliyi ilə bağlayıb.
Bununla yanaşı, Zelenskinin ofisinin rəhbərinin müavini Kiyevin təkcə döyüş sursatı deyil, həm də uzaqmənzilli artilleriya qurğuları, eləcə də döyüş təyyarələri olan tanklara ehtiyacı olduğunu da bildirib.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu ərəfədə Ukraynanın F-16 qırıcılarının tədarükü üçün Hollandiyaya müraciət etdiyi də məlum olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB