Avropa İttifaqı yaxın günlərdə Rusiyaya qarşı onuncu sanksiyalar paketini təklif edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu fevralın 9-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə Avropa Şurasının rəhbəri və Ukrayna prezidenti ilə birgə mətbuat konfransında deyib.
Von der Leyen, yeni paketin əlavə ixrac qadağalarına 10 milyard avrodan çox vəsait daxil edəcəyini söyləyib.
Bundan əlavə, Avropa İttifaqı Rusiya media nümayəndələrinə qarşı sanksiyaları genişləndirəcək. O, həmçinin Rusiya Federasiyasının siyasi və hərbi liderlərinə qarşı məhdudiyyətlər tətbiq edəcək.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz bundan əvvəl Avropa İttifaqının yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyalarını artıracağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB