Açıqlanan son rəqəmlər: Həlak olanların sayı artdı

Açıqlanan son rəqəmlər: Həlak olanların sayı artdı

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib. SİA Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən verdiyi məlumata görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 391 nəfər həyatını itirib, 62 914 şəxs xəsarət alıb. Axtarış-xilasetmə işləri davam edir. Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub.

Müəllif: Sədaqət Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə