Türkiyədən "Tvitter"ə XƏBƏRDARLIQ GƏLDİ

Türkiyədən "Tvitter"ə XƏBƏRDARLIQ GƏLDİ

Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan "tvitter" rəsmiləri ilə görüşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda saxta yazılara qarşı atılacaq addımlar müzakirə olunub. "Tvitter" Türkiyəyə dezinformasiya ilə mübarizədə daha çox əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb.

İclasda "Tvitter"də aparılan yalan xəbərlərə, saxta yardım kampaniyalarına, saxta hesablara və yalan yazılara, o cümlədən dezinformasiyaya qarşı atılacaq addımlar müzakirə edilib. İclasda cəmiyyəti panika və xaosa sürükləyə biləcək dezinformasiyaya qarşı "Tvitter"in üzərinə düşən vəzifələr də diqqətə çatdırılıb. Həmçinin görüşdə Türkiyə "Tvitter" rəhbərliyinə “İnternetdə İşlənən Cinayətlərlə Mübarizə Qanunu” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri, xüsusilə sosial mediada dezinformasiyanın qarşısını almaq üçün fəal əməkdaşlığı xatırladıb. "Tvitter" Türkiyəyə dezinformasiya ilə mübarizədə daha çox əməkdaşlıq edəcəyinə dair öhdəlik götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə