Merkel Sülh Mükafatına layiq görüldü

Merkel Sülh Mükafatına layiq görüldü

Almaniyanın keçmiş kansleri Angela Merkel YUNESKO tərəfindən təsis edilmiş Kot-d'İvuarın ilk prezidenti Feliks Ufue-Buanyi adına Sülh Mükafatına layiq görülüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, mükafatlandırma mərasimi Afrika dövlətinin paytaxtı Yamusukroda baş tutub.

Bildirilir ki, Merkel bu mükafatı 2015-ci ilin miqrasiya böhranı zamanı Avropa İttifaqında qaçqınları qəbul etmək səylərinə görə alıb.

Mükafatlandırma mərasimində çıxış edən siyasətçi Feliks Ufue-Buanyidən sitat gətirərək dialoqu güclülərin silahı adlandırıb.

“Sülh naminə qətiyyətlə və səylə çalışmaq həmişəkindən daha vacibdir. Dialoq zəiflərin deyil, güclülərin silahıdır”, - Merkel bildirib.

Almaniyanın keçmiş kansleri qeyd edib ki, münaqişələr insanları öz doğma ölkələrini tərk etməyə məcbur edir.

Bütün xəbərlər Facebook səhifəmizdə