Daha bir ölkədə 6 bal gücündə zəlzələ olub

Daha bir ölkədə 6 bal gücündə zəlzələ olub

Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb. Bu barədə SİA ABŞ-ın Geoloji xidmətinə istinadən xəbər verir.

Yeraltı təkanlar Mərkəzi Amerika ölkələrində və Meksikanın cənubunda da hiss edilib.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib. İlkin məlumatlara görə, zəlzələ Beliz, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Meksikada hiss edilib.

“El Heraldo de Honduras” qəzetinin yazdığına görə, yeraltı təkanlar 10 saniyə davam edib və ölkə əhalisi arasında təşvişə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə