Bunlar da neft və qazlarını satmağa ölkə tapmırlar deyə, indi də az qala yenidən Qərbə minnətçi düşməyə başlayıblar.
Budur, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edib “...embarqo və Rusiya neft məhsulları üçün tavan qiymətlərinin tətbiqi Avropada enerji resurslarının qıtlığına səbəb ola biləcəyini” deyir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Beləliklə, Novakın sözlərinə görə, Avropa İttifaqının neft məhsullarının qiymət tavanına istisnaları gələcək haqqında düşünməyin zəruriliyini bir daha vurğulayır. Çünki gələcəkdə embarqolar, qiymətlərin yuxarı həddi kimi qərarları rəhbər tutsaq, bu, böyük balanssızlığa, bu sahəyə investisiyaların azalmasına gətirib çıxaracaq.
Novaka görə, avropalı istehlakçılar Rusiya neft məhsulları olmadan bunun öhdəsindən gələ bilməyəcəklər.
Amma deyim ki, bu məsələ ilə bağlı Ramzan Kadırov çox nikbin danışıb. Belə ki, o, yaxınlarda bütün Qərbin Rusiyadan neft və qaz almaq üçün diz çöküb yalvaracaqlarını bildirib.
Yeri gəlmişkən, xatırladaq ki, Alexander Novak Avropa İttifaqının neft məhsulları üçün qiymət tavanına istisnalarını boz tədarük sxemlərinin leqallaşdırılması adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB