Rusların qaz kəmərlərini amerikanlar partladıbmış?

Rusların qaz kəmərlərini amerikanlar partladıbmış?

“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin altına partlayıcı qurğular 2022-ci ilin yayında ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən yerləşdirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri fevralın 8-də amerikalı jurnalist Seymur Herş öz saytında yayıb.

Herşin sözlərinə görə, dalğıclar NATO-nun “Baltops 22” adı ilə tanınan təliminin pərdəsi altında fəaliyyət göstəriblər.

Yerləşdirilmiş partlayıcı qurğular sentyabrın 26-da Norveç Hərbi Dəniz Qüvvələrinin təyyarəsi tərəfindən atılan sonar şamandırası ilə işə salınıb.

Qeyd olunur ki, partlayışlar nəticəsində dörd “Şimal axını” boru kəmərindən üçü dağılıb.

Qeyd edək ki, Ağ Evdən deyilənlərin yalan və tam uydurma olduğunu bildirilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Avropa Komissiyası “Şimal axını”nda təxribatla bağlı təhqiqatın davam etdirildiyini bildirmiuşdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə