SOCAR Türkiyə-dən yanacaq dəstəyi

SOCAR Türkiyə-dən yanacaq dəstəyi

Türkiyəni sarsıdan iki böyük zəlzələ Adıyaman, Qaziantep, Hatay, Kahramanmaraş və Şanlıurfanı da dərindən təsirləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu vilayətlərdəki təcili yardım, yanğınsöndürmə briqadası, AFAD və rəsmi axtarış-xilasetmə maşınları SOCAR Türkiyə tərəfindən elan edilən stansiyalardan pulsuz yanacaq əldə edə biləcək. SOCAR Türkiyə zəlzələ bölgəsində 5 vilayətdə fəaliyyət göstərən təcili yardım, yanğınsöndürən maşınlar, AFAD və digər rəsmi qurumların axtarış-xilasetmə maşınlarına pulsuz yanacaq dəstəyi verdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə